Əmanətçilərə ödənilən kompensasiya büdcəyə ziyan vurub?backend

Əmanətçilərə ödənilən kompensasiya büdcəyə ziyan vurub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bunu İnterpress.az-ın bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiya dövlət büdcəsinə ziyan vururmu? sualın cavab olaraq hüquqşünas “Antikollektor” MMC-nin rəhbəri Əkrəm Həsənov bildirib.

Buna görə də Mərkəzi Bankdan kredit götürür və onun hesabına kompensasiya ödəyir. Təbii, bu da Mərkəzi Bankın valyuta ehtiyatlarını azaldır və manatın məzənnəsinə ciddi təsir edir: “Əlbəttə, Mərkəzi Bank həmin pulu ƏSF- na bağışlamayıb, kredit verib və bu kredit qaytarılmalıdır. Necə? Ləğv olunan bankların əmlakının satışı hesabına. Lakin ləğv olunan bütün bankların o qədər əmlakı yoxdur. Məsələn, təkcə \”Standard Bank\”a görə ƏSF Mərkəzi Bankdan təxmini 460 mln. manat kredit götürüb. Həmin bankın yəqin ki, bu məbləğdə əmlakı olmayacaq. Deməli, ƏSF də bu bank üzrə Mərkəzi Bankın kreditini tam bağlaya bilməyə bilər. Deməli, nəticədə dövlətə, iqtisadiyyatımıza zərər dəyəcək”.

Gülşanə Mustafayeva
İnterpress.az