İnterpress.az \”lenta.ru\” portalına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında bildirib.
\”Neftin qiymətinə dair proqnoz vermək çox çətindir. Qiymətlər bir çox qeyri-müəyyən faktorlardan asılıdır və bu səbəbdən öncədən proqnoz vermək mümkün deyil. Energetika Nazirliyi artıq öz fərziyyələrini ifadə edib. Biz hesab edirik ki, 2017-ci ilin ikinci yarısında artıq neft bazardan gedəcək və neftin qiymətləri stabilləşəcək. Hesab edirik ki, qiymətlər cari səviyyədə sabitləşəcək\”, – deyə prezident bildirib.
V. Putin əminliklə qeyd edib ki, rəsmi Moskva OPEC-in əldə etdiyi razılaşmaya qoşulmaqla düzgün addım atıb: \”Rusiya tərəfindən neft hasilatının azaldılması cüzi olacaq. Neft hasilatının azaldılmasına dair əldə olunan razılıq nəticəsində Rusiyanın dövlət büdcəsinə illik 1,75 trilyon rubl vəsait gətirəcək\”.
İnterpress.az