AZAL Tu-154 təyyarələrindən imtina edibbackend

AZAL Tu-154 təyyarələrindən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AzVision.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. QSC rəsmisi bildirib ki, AZAL sovet istehsalı təyyarələrdən çoxdan imtina edib.

“Artıq neçə illərdir ki, bu təyyarələrdən Azərbaycanda istifadə edilmir. Bizdə “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən istifadə edilir”.

Qeyd edək ki, ötən gün Rusiyanın “Tu-154” təyyarəsi Qara dənizə düşüb. Bu təyyarələr 1972-ci ildən xidmət üçün istifadəyə verilib. Üzərindən 14 il keçdikdən sonra modernləşdirilib. Təyyarələrin 39-u qəzaya düşüb. Bu səbəbdən “Tu-154” təyyarələrinə “uçan tabut” deyilir.

1026 ədəd istehsal olunan “Tu-154”lərin istehsalı 2013-ci ildə dayandırlıb. Rusiyanın “Aeroflot” aviaşirkəti “Tu-154” donanmasını 2009-cu ilin sonunda təqaüdə göndərib. Hazırda dünyada təxminən 50 “Tu-154” sərnişin təyyarəsi mövcuddur.

İnterpress.az