Tələbələrin son ümid yeri –təqaüdü niyə gecikdirilir?backend

Tələbələrin son ümid yeri –təqaüdü niyə gecikdirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burada bir məqama diqqət çəkək! Bu ilə qədər tələbələrin təqaüdlərində gecikmələrə daha çox birinci smestr başa çatandan sonra rast gəlmək mümkün idi. Bu da ona görə idi ki, tələbələrin qış sessiyasından sonra akademik müvəffəqiyyət göstəriciləri fakültələr tərəfindən gecikmələrlə hesablanıb mühasibatlığa daxil olurdu. Bundan əlavə, qiymətindən narazı tələbələrin apellyasiya şikayəti mühasibatlığa təqaüd alanların siyahılarının gecikməsinə gətirib çıxarırdı. Amma, hələ smestr imtahanları başlamamış gecikmələrin olması normal hal deyil.

Təhsil üzrə ekspet Kamran Əsədov İnterpress.az-a bildirib ki, tələbələrin təqaüdlərinin gecikməsində ali təhsil müəssisələrinin rolu yoxdur. Çünki onlar tədris ilinin başlanğıcında təqaüd alanların siyahısını müəyyən edib maliyyə nazirliyinə təqdim ediblər: “Gecikməyə səbəb Maliyyə Nazirliyinin bankların hesabına tələbə təqaüdlərini köçürməməsi ilə bağlıdır. Bu da onu göstərir ki, ölkədə ciddi şəkildə maliyyə çatışmazlığı var. Bu son iki ayda birinci hadisə deyil. Buna qədər orta məktəbdə çalışan müəllimlərin də əmək haqlarının verilməsində iki aydan çox gecikmələr olub. Dekabr ayı olduğundan və illik hesabatların vaxtı çatdığından bəzi dövlət müəssisələri maliyyyə kəsrlərini bu yolla aradan qaldırmaq istəyirlər. Hesab edirəm ki, bütün hallarda, heç də böyük olmayan tələbə təqaüdünü gecikdirmək olmaz. Çünki o tələbələrin son ümid yeridir. Buna onaların ehtiyacı var”.
Mövzu ilə bağlı Maliyyə Nazirliyinə soğu göndərdik. Lakin hələdə sorğuya cavab gəlmədiyi üçün mövzunu Nazirliyin cavabı olmadan dərc etmək məcburiyyətində qaldıq.

Təhsil Nazirliyinə göndərdiyimiz sorğunun cavabı isə belədir: “Tələbə təqaüdlərinin hesabalara köçürülməsi ilə bağlı gecikmələr olub. Amma növbəti həftədən başlayaraq müvafiq ali təhsil müəssisələrinin tələbələri öz vəsaitlərini ala biləcəklər.”

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi Facebook səhifələrində noyabr ayının təqaüdlərinin bu günlərdə tələbələrin hesablarına köçürülməsi ilə bağlı məlumat verib.

Gülşanə Mustafayeva
İnterpress.az