Belə layihələrdə evlərin satılması zamanı gənc ailələrə üstünlük veriləcək.
– Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
– Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
– ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
– ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
– Fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxs;
– İdman sahəsində xüsusi xidmətləri olan şəxs;
Bundan başqa gənc ailə olub olmamasından aslı olmayaraq
– ən azı 15 il dövlət qulluğunda qulluq edən;
– ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları
– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan.
– elmlər doktoru elmi dərəcəsi olan;
şəxslərdə bu layihədə məznil almaq hüququna malikdirlər.
Sosial evlər üçün müraciət elektron hökümət portalından 2017 ci ilin mayın 1-dən etibarən həyata keçiriləcək. Hər il 3 min belə mənzilin təhvil verilməsi gözlənilir ki, bu illik təlabatın 10 faizi deməkdir.
Belə binalarda mənzil əldə edən şəxslər həmin mənzilləri 3 il ərzində nə sata, nə də kirayə verə biləcəklər.
İnterpress.az