Bu gün səhər saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şorsulu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. İnterpress.az SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.