Bunu koalisiyanın nümayəndəsi Con Dorrian bəyan edib.
“İŞİD-ın İraqda iki lideri, İmad əl-Mahalauyi və Fəlah əl-Rəşidi məhv edilib. Yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosulda minalanmış avtomobillərin istehsalı ilə məşğul olub. Digər terrorçu dekabrın 21-də öldürülüb. Onun məhv edilməsi Fərat çayı vadisində terror aktları törədilmə imkanlarını azaldacaq”, deyə C.Dorrian bildirib. ( apa )
İnterpress.az