Azərbaycan Mərkəzi Bankından uçot dərəcəsi ilə bağlı – Açıqlamabackend

Azərbaycan Mərkəzi Bankından uçot dərəcəsi ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir.

“2017-ci ildə pul kütləsinin sterilləşdirilməsi zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması AMB-nin diqqət mərkəzində olacaq”, – deyə bankdan bildirilib.

Cari ildə Mərkəzi Bankın pul siyasəti alətləri monetar məqsədlərə nail olunmasına yönəldiləcək.
“2017-ci ildə AMB bankların qısamüddətli likvidliyinin idarə olunması üçün qısamüddətli resursların cəlb olunması üzrə alətlərdən geniş şəkildə istifadə etməyi planlaşdırır.

“Bu il Mərkəzi Bank açıq bazarda aktiv əməliyyatları da davam etdirəcək. Bu əməliyyatlara depozit hərracları və AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi daxildir”, – deyə məlumatda qeyd edilir.

AMB 2017-ci ildə ortamüddətli məcburi rezervləşdirmə normaları rejimini tətbiq etməyi planlaşdırır ki, bu da banklara likvidliyi çevik şəkildə idarə etməyə imkan verəcək.

İnterpress.az