Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq.
İnterpress.az-ın məlumatına görə, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.
Qeyd edək ki, bu prosedur, “Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında\” Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
Daha sonra isə hesabatın müzakirəsi başlanır.
Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur, deputatlara paylanılır.
İnterpress.az