“Azərişıq”dan Əli Həsənovun tələbinə reaksiya gəldibackend

“Azərişıq”dan Əli Həsənovun tələbinə reaksiya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Politika.Az-a “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bu barədə indiyədək qurumdan şikayət olmayıb:

“Qaçqın və məcburi köçkünlər də daxil olmaqla bütün abonentləri aynlayışla qarşılayırıq. Biz 24 saat xidmət göstəririk və 199 çağrı mərkəzinə edilən bütün müraciətlər də araşdırılır, yerində tədbir görülür.

Qanun hamı üçün qanundur. Biz qanunun icraçısıyıq. Hansı qanun qəbul olunursa, “Azərişıq” yüksək səviyyədə qanunun icrasını həyata keçirir”.

Politika.Az xatırladır ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov kommunal xidmətlər üzrə müvafiq qurumlara (Azərşıq, Azərqaz, Azərsu) müraciət edib. O qeyd edib ki, aylıq müavinət ödənişləri bu ay üçün gecikədə bilər və belə olduğu halda, həmin qurumlar aylıq müavinət ödənilməmiş məcburi köçkünlərə müraciət etməsinlər və onlardan yanvar ayının kommunal xərclərini tələb etməsinlər.

İnterpress.az