42 sığorta agentinin lisenziyası ləğv edildibackend

42 sığorta agentinin lisenziyası ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Palatadan Trend-ə verilən məlumata görə, lisenziyaların ləğvinə səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək fiziki şəxs sığorta agenti fəaliyyəti barədə Palataya rüblük hesabatların təqdim etməmələri olub.

Belə ki, Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən siyahıda adları qeyd edilmiş şəxslər (siyahı əlavə olunur) rüblük hesabatları Palataya təqdim etmədiklərinə görə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsinin 3 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib və müvafiq məktub göndərilib.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar həmin şəxslər tərəfindən aradan qaldırılmaması səbəbindən Palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq sığorta agentləri fəaliyyətinə lisenziya almış 42 nəfər fiziki şəxslərin lisenziyalarını ləğv edib.

İnterpress.az