İnterpress.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq. Həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar) olmaqla, uçuşlar \”Azərbaycan Hava Yolları\” QSC (AZAL) tərəfindən həyata keçiriləcək. AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski \”APA-Economics\”ə açıqlamasında bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.
İnterpress.az