Bakı Media Mərkəzindən verilən xəbərə görə, İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər. İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən yaradılan və İslam xalqları arasında idman və mədəniyyət əlaqələrinin gücləndirilməsinə yönələn bu oyunlarda 20 idman növündə, 24 kateqoriya üzrə 50 iştirakçı ölkə idmançıları mübarizə aparacaq.
Müqaviləyə əsasən, Bakı Media Mərkəzi oyunların 80 saatdan çox yayımını həyata keçirir. Poqrama əsasən, oyunların yayımından öncə İslam dünyasının, eyni zamanda Azərbaycanın, Bakı şəhərinin gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən hər biri 5 (beş) dəqiqə olmaqla 3 (üç) video çarx təqdim olunacaq.
İdman yarışlarına gəldikdə isə, müqaviləyə əsasən, futbol yarışlarının hər qrup oyunları, yarım finalları və final mərhələsi canlı yayımlanacaq. Bakı Media Mərkəzi həmçinin Açılış və Bağlanış mərasimlərinin işıqlandırılmasını da təmin edəcək. Eyni zamanda, Bakı media Mərkəzi gün ərzində baş tutan yarışların ən parlaq və yaddaqalan məqamlarına dair 54 dəqiqəlik proqramı və 5 dəqiqəlik “Xəbər” proqramını təqdim edəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yekununa dair Oyunların nəticələrini və əsas məqamları özündə əks etdirən iki saatlıq proqram da qurum tərəfindən yayımlanacaq.
Bakı Media Mərkəzinə gəldikdə isə, bu qurum Bakıda yerləşən innovativ Azərbaycan şirkətidir. Audio-vizual sahə üzrə bir çox xidmətlər təmin edərək iki əsas istiqamət – Video və Yayım prodakşn əməliyyatı üzrə mütəxəssisləşir.
“Bakı Media Mərkəzində mükəmməl yayım platforması mövcuddur ki, məhz onun vasitəsilə biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarınını nümayiş etdirmək imkanı əldə edirik.” – Bu fikirləri Azərbaycan Respublikasının gənclər və idman naziri, AİHOƏK-un Baş İcraçı Direktoru Azad Rəhimov Bakı Media Mərkəzi ilə imzalanan müqaviləyəy münasibət bildirərkən deyib.
Azad Rəhimov eyni zamanda 50 ölkəndən olan idmançıların qatılacağı bu mötəbər yarışın dünya idman ictimaiyyətinin diqqətini cəlb etməklə bərabər, eyni zamanda beynəlxalq idman təqvimində xüsusi yer tutacağına əminliyini bildirib.
İslam dünyasının idman azarkeşləri 2017-ci il 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını televiziya və elektron vasitəsilə ən yüksək səviyyədə izləmə imkanı əldə edəcəklər.
May ayının 12- 22 tarixlərində keçiriləcək BAKI 2017 İslam Həmrəyliyi Oyunlarında
Müsəlman ölkələrindən gələn idmançılar 10 gün ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 24 kateqoriyada, paytaxtımızda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.
İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilib.
İnterpress.az