“Bahalaşma addımbaaddım davam edir”backend

“Bahalaşma addımbaaddım davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətləri qalxıb. Benzin qiymətindəki bu artım yalınız avtomobil sahiblərinin deyil, əhalinin digər kəsiminin də ciddi narahatlığına səbəb olub. Belə ki, vətəndaşların böyük əksəriyyəti hesab edir ki, benzinin qiymətindəki artım ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin daha da artmasına səbəb olacaq.
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa benzinin qiymətindəki artımın digər sahələrə də təsir göstərəcəyini vurğulayıb:
“Bahalaşma addımbaaddım davam edir. Təbii ki, benzin qiymətlərinin qalxması bütün sahələrə öz təsirini göstərəcək”.

İnterpress.az