Bunu gənclər və idman naziri Azad Rəhimov \”Bakı 2017\” İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində əcnəbi müğənnilərin mümkün iştirakı barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: \”Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma Bağlanış Mərasimində yerli ulduzlar ola bilər\”.
Nazir müğənni Ledi Qaqaya \”Bakı 2015\” I Avropa Oyunlarının Açılış Mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: \”Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Qonorarları isə 30 min dollardan 1 milyon dollaradək dəyişir. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir\”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi 12 – 22 mayda keçiriləcək.
İnterpress.az