Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert, professor Aqil Qeybulla Azərbaycanda dərman qıtlığının yaranmasına münasibətində deyib:
“Səhiyyə Nazirliyi dərman satan orqan deyil. Dərmanların qiymətinə Tarif Şurası cavabdehdir. Baha olmasına baxmayaraq, bir çox dərman preparatları yoxa çıxıb. Dərmanlar respublikaya bir çox şirkətlər tərəfindən gətirilir. Dərmanların yoxa çıxması ilə bağlı məsələlərə bir başa həmin şirkətlər cavabdehlik daşıyır.”
Aqil Qeybulla dərmanların apteklərdən yoxa çıxması ilə bağlı məsələlərin Milli Məclisdə müzakirə olunmasının vacibliyini vurğulayıb: “Nə oldu, yapışırlar Səhiyyə Nazirliyindən. Səhiyyə Nazirliyi dərman idxal eləmir. Qoy Azərbaycanda dərman satışını həyata keçirən şirkətlər gəlib çavab versinlər. Yəni, niyə belə edirlər? Dərman bazarı monopoliyadadır. Dövlət dərman idxal eləmir. Dövlət yalnız onkoloji, şəkərli və talasemiyalı xəstələrin dərmanlarını idxalı ilə məşğuldur. Təbii ki, bu da dövlət proqramına daxil olduğu üçün, vəssalam.”
Ekspert azad rəqabət sisteminin yaradılmasının vacibliyini vurğulayıb: “Əgər bu sistem yaransa, məsələ həllini tez tapacaq.”
İnterpress.az