Azərbaycanda multimilyonçuların sayı kəskin artacaqbackend

Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər təşkil edib. Şirkətin proqnozlarına əsasən, 2016-2026-cı illərdə Rusiyada sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 60% artaraq 4 440 nəfər təşkil edəcək. Qeyd edilən dövr ərzində sərvəti 10 mln. dollar olan şəxslərin sayı 60% artaraq 9 680 nəfərə çatacaq.

Şirkətin analitikləri proqnozlaşdırır ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan şəxslərin sayı 2026-cı ilədək 60% artaraq 5 170 nəfər təşkil edəcək. \”Bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda multimilyonçuların sayı 5 170 nəfərə çatacaq\”, – deyə sənəddə qeyd edilib.

2016-cı ildə Rusiyadakı dollar milyarderlərinin sayı 83 nəfər olub. Şirkət 2026-cı ilədək Rusiyadakı milyarderlərin sayının 133-ə çatacağını proqnozlaşdırır. Ümumilikdə növbəti 10 ildə MDB-dəki milyarderlərin sayının 90-dan 144-ə çatacağı gözlənilir.

İnterpress.az