“Banklar əhalinin hesabına mənfəət əldə etmək istəyir”backend

“Banklar əhalinin hesabına mənfəət əldə etmək istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Amerika iqtisadiyyatında Trampın seçilməsindən sonra qeyri-müəyyənlik mövcuddur: “Ola bilsin ki, bu dəfə uçot dərəcəsi əvvəlki səviyyədə saxlanılsın. Uçot dərəcəsinin qaldırılması üçün hələ ki, real şərait yoxur. Ancaq bundan asılı olmayaraq Azərbaycanda dolların qalxıb-enməsi qeyri-iqtisadi vəziyyət yaradıb. İndiki vəziyyətin hansısa iqtisadi bazadan qaynaqlandığını söyləmək düzgün deyil. Əgər ölkədə keçirilən hərraclarda dollara olan tələbat kifayət qədər ödənilmirsə bu manatın məzənnəsinin düşməsini tələb edir”. “Kommersiya bankları müəyyən manipulyasiyalar həyata keçirməklə insanların gözləntilərini fərqli istiqamətə yönləndirib əllərindəki dolları satmağa məcbur etməyə çalışırlar. İndiki halda banklar əhalinin hesabına mənfəət əldə etmək istəyirlər. Ümumiyyətlə ötən il bank sistemimizin gəlirlərinin formalaşmasında məhz valyuta manipulyasiyaları önəmli rol oynayıb. Kommersiya banklarının həyata keçirdiyi fəaliyyətlər real iqtisadi proseslərə uyğun deyil” — deyə o bildirib. (sputnik.az)

İnterpress.az