AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O, son vaxtlar Bakıda və rayonlarda mavi qazın evlərə fasilələlə verildiyini vurğulayıb:
“Bakının mərkəzi rayonlarda da bəzən nəinki saatlarla, hətta bir gündən çox müddətdə də mavi qaz təchizatı kəsilir. 29,367 milyard kub metr mavi qaz istehsal Azərbaycanda əhalinin qaza olan 2.75 milyard kub metrlik tələbatını ödəməkdə çətinliklərin olması anlaşılan deyil. Halbuki, yalnız SOCAR-ın illik hasilatı 6, 266 milyard kub metrdir. Bu isə əhalinin mavi qaza olan tələbindən 2 dəfədən çox artıqdır.”
Vüqar Bayramov hesab edir ki, əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 faizindən çox olmamasına baxmayaraq yenə də qaz təminatında problemlər var:
“Digər tərəfdən, mavi qazın təchizatında itkilərin həcminin çox olması fonunda evlərə qazın fasilələrlə verilməsi bu sahədə islahatların sürətləndirilməsini daha da aktuallaşdırır.”
İnterpress.az