Bank sektorunun icmal göstəriciləri açıqlandıbackend

Bank sektorunun icmal göstəriciləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Bazarlarına Nəzarət Palatasından İnterpress.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 95 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3,6% (250,7 mln. manat) artaraq 7 mlrd. 250,2 mln. manat olub.

Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edib. Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2491 olub.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16470 nəfər təşkil edib.

İnterpress.az