İnterpress.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov özünə yeni müşavir təyin edib.
Məlumata görə, P.Şahbazovun yeni müşaviri Zaur Məmmədov olub.
Z.Məmmədov bundan öncə \”Sumqayıt Kimya Sənaye Parkı\” MMC-nin direktor müavini vəzifəsini icra edib.
Daha əvvəllər isə “Azərenerji” ASC-nin Ekologiya İdarəsinin rəisi vəzifəsində çalışıb.
İnterpress.az