İnterpress.az xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25% – 1,25% səviyyəsindən 1,50%-dək artırıb.
Daha əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
İnterpress.az