İnterpress.az xəbər verir ki, o, “Favorit” marketdə özünün iştirakı ilə yaşanan hadisəni nəql edib.
Lakin Şəhriyar del Geraninin yazdığl hadisə öz təsdiqini tapmayıb. Yenicag.az-a açıqlama verən “Favorit” marketin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elvin Babayev belə bir hadisənin yaşanmadığını bildirib:
“Şəhriyar del Gerani adlı “facebook” istifadəçisinin yazdığı statusla tanış olmuşam. Statusu oxuduqdan sonra dərhal məsələni araşdırdım. Lakin Favorit Supermarketin heç bir filialında belə hal yaşanmayıb. Ümumilikdə isə marketlərdə çalışan hər bir satıcıya müştəri ilə davranış kodeksi, etik davranış kodeksi və s. mövzularda təlim və seminarlar keçirilir. Müştərilərimiz hər hansı bir satıcı barədə şikayət edərsə, şikayət Müştəri xidmətləri şöbəsi və İnsan resursları departamenti tərəfindən araşdırılır. Əgər neqativ hal baş veribsə, personala xəbərdarlıq olunur və etik davranış barədə yenidən təlimatlandırılır. Mağaza personalının dərhal işdən azad olunması isə absurddur. Şəhriyar del Gerani adlı “facebook” istifadəçisindən şirkətimizə heç bir şikayət daxil olmayıb”.
İnterpress.az