İnterpress.az xəbər verir ki, Yaponiya baş naziri Şinzo Abe ölkəsinin terrora qarşı münasibətinin dəyişmədiyini və terrorçuların tələbini yerinə yetirmək fikrində olmadıqlarını deyib: “İŞİD-in yapon girovların azad olunması müqabilində pul tələb etməsi bağışlanmaz hərəkətdir”.
Xatırladaq ki, bu gün səhər İŞİD videogörüntü yayaraq iki Yaponiya vətəndaşının-jurnalist Kenji Qoto Joqo və özəl şirkətin əməkdaşı Haruna Yukavanın azad edilməsi üçün 200 milyon dollar tələb edib.
İŞİD tələbinin yerinə yetirilməsi üçün 72 saat vaxt verib. Əks təqdirdə girovların edam ediləcəyi ilə hədələyib.
İnterpress.az