Lerikdə yanğın olubbackend

Lerikdə yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yanvarın 22-də saat 05.30 radələrində rayonun Rəzgov kənd sakini, 1935-ci il təvəllüdlü Fərman Qadir oğlu Məmmədova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Lerik Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 2 yanğınsöndürən maşını cəlb olunub.

Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev içindəki əşyalarla birlikdə, damına yığılmış 3 ton ot bağlaması, eləcə də evə bitişik ümumi sahəsi 68 kv.m olan tövlənin çardağı yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimallara görə, yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az