Dekabrın 2-də Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən hərbi hissələrdən birində daha bir hərbi qulluqçusunu itirib.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Artur Acamyan naməlum səbəblərdən ölüb.
1999-cu il təvəllüdlü David Melibekyan isə yaralanıb.
Hadisənin təfərrüatını öyrənmək üçün təhqiqat aparılır.
İnterpress.az