Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydıbackend

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bəyanat yayıb.

Bu barədə Türkiyə XİN-in rəsmi saytında qeyd olunub.

Bəyanatda Türkiyənin Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını qınadığı açıqlanıb:

“Ermənistan tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycana məxsus Dağlıq Qarabağın Xocalı şəhərində baş verən hücumda 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla, 613 günahsız şəxs qətlə yetirilib. 1000 nəfərdən çox insan Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşən şəxslərin vəziyyəti bu günə qədər məlum deyil”.

Açıqlamada bu, insanlıqdan kənar hadisə olaraq qiymətləndirilib:

“Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, öz ölkələrində köçkün olaraq yaşamaqdadırlar. Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu soyqırımını və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq”.

“Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları soyqırımının acısını dərindən paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına bir daha başsağlığı veririk”, – deyə açıqlamada bildirilib.

İnterpress.az