Bu barədə apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.
O bildirib ki, 29 yaşlı hakim bu gün avtomobil qəzasında həlak olub.
“Xəlil Hüseynli avtomobil qəzasında dünyasını dəyişib. Hazırda onun üzr mərasimindəyik” – deyə, HK sədri bildirib.
Futzal üzrə FİFA referisi olan Hüseynli bu gün səhər 11:00-12:00 radələrində Zabrat yolunda ağır avtoqəza keçirib. Nəticədə 29 yaşlı hakim faciəvi şəkildə dünyasını dəyişib, idarə etdiyi VAZ 2106 markalı avtomobil isə tamamilə yararsız hala düşüb.
Məmmədov bildirib ki, mərhum bu dəqiqələrdə torpağa tapşırılacaq: “Acı xəbər bizi sarsıtdı. Özümüzü pis hiss edirik. Cənazəsi evindən götürülür. İndilərlə mərhumu torpağa tapşıracağıq”.
İnterpress.az