Bu bitki ölümsüzlük vəd edirbackend

Bu bitki ölümsüzlük vəd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu göbələyi xüsusi edən onun az qala insana ölümsüzlük bəxş etməsidir. Faydaları elmi araşdırmalarla da təsdiq olunmuş Reişi göbələyinin çayı və şorbasıyla yanaşı, qəhvəsi də satılır.

Sağlamlığa, uzunömürlülüyə və gənc qalmağa kömək edən bu göbələk Ebola virusuna qarşı da qoruyucu özəllik daşıyır.

Bundan başqa xərçəng riskinə qarşı qoruyucu təsiri var. Xərçəngə yoluxmaqla bağlı risk qrupuna girən insanların (ailəsində bu xəstəliyə yoluxan olan, çox stressli mühitdə və ya çirkli hava şəraitində işləyən, peşəsinə görə radiasiya və ya kimyəvi maddələrə məruz qalanlar) bu göbələkdən xüsusilə istifadə etmələri məsləhət görülür.

İmmun sistemini gücləndirən təsiri ilə irsi, keçici və yaşlanmaqla bağlı inkişaf edə bilən bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti var.

Qan dövranını nizama salmağa yardım edir. Bununla da infarkt riski və spazması, damarlardakı tıxanma, iflic kimi risklərin qarşısını alır.

Orqanizmdə yığılan toksinlərin atılmasını asanlaşdırır. Qandakı oksigenin miqdarının artmasına və qan dövranının qaydaya düşməsinə kömək edir. Beləliklə dəriyə gələn oksigen və qida miqdarını yüksəldir, dəriyə müsbət təsiri müşahidə edilir.

Davamlı istifadə edildikdə stressi azaldır və yuxunu qaydaya salır. Hüceyrə yeniləyən xüsusiyyətlərinə görə yaşlanmağı gecikdirir. Sinir, qan dövranı, nəfəs alma, əzələ və sümük sistemini gücləndirən xüsusiyyətləri önə çıxır.

Yüksək təzyiq, xolestrol, diyabet, bronxit, prostat kimi problemlərə müsbət təsir göstərir. Qaraciyər pozğunluğu, hepatit, HİV/AIDS kimi xəstəliklərdən qoruyur və bu xəstəliklərlə mübarizə aparır.

Bu bitki ölümsüzlük vəd edir

İnterpress.az