İnterpress.az xəbər verir ki, Zərdab, Ucar, Göyçay, Ağcabədi, Beyləqan, İsmayıllı və Kürdəmir rayonlarında ümumilikdə 500 nəfərə qədər gəncin iştirakı ilə keçirilən seçim turlarında qalib olmuş komandalar Zərdab rayonunda keçirilən final oyununda intellektual mübarizələrini davam etdirdilər.
Gərgin mübarizə şəraitində keçən final oyununda Ucar rayonunun “Birlik” komandası birinci, İsmayıllı rayonunun “44” komandası ikinci, Göyçay rayonunun “Harop” komandası isə üçüncü yerləri qazandılar. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə, Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi nin təşkilatı dəstəyi ilə keçirilən Poliqon Strateji İntellekt Oyunu üzrə II Çağırış Kuboku regionun ən intellektual, vətənpərvər və istedadlı gənclərini bir araya toplayan maraqlı layihəyə olaraq yadda qaldı.
Zərdab rayonunda baş tutan final oyunu qaliblərinin mükafatlandırılma mərasimində “Poliqon” Strateji İntellek Oyununun müəllifi, YAP Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev də iştirak etdi.
Bildiyiniz kimi, “Poliqon” Strateji İntellekt oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların strategiya qurmaq bacarığının artırılması və intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan intellektual oyundur. Oyunun keçirilməsində məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, xüsusi ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazandığımız zəfər tariximizin gənclər arasında təbliğ etmək, Azərbaycan dilində intellektual oyunlar üzrə turnirlərdə gənclərin ictimai fəallığını təmin etmək, həmçinin ölkəmizdə fəaliyyət göstərən intellektual oyunlar üzrə klublara dəstək verməkdir.
Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. (Qafqazaz.com)