2-3 iyul tarixlərində Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalarda 40-dan artıq regiondan iştirak edəcək 100-ə yaxın fermer müxtəlif çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaq.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) və Xırdalan şəhərinin, Heydər Əliyev prospekti, 41A ünvanında təşkil olunacaq.