Türkiyədə 29 rusiyalı turistin olduğu avtobus aşıbbackend

Türkiyədə 29 rusiyalı turistin olduğu avtobus aşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə avtobus aşıb.

Hadisə Muğlanın Köyceğiz rayonunda baş verib.

Fethiye-Muğla istiqamətində hərəkət edən 29 rusiyalı turistin olduğu tur avtobusu yol kəsişməsində beton qarışdıran maşınla toqquşub.

Zərbənin təsirindən avtobus aşıb.

Hadisə nəticəsində bəzi sərnişinlər yüngül xəsarətlər alıb.

Vətəndaşlar təcili yardım qrupları gələnə qədər turistləri aşmış avtobusdan xilas edə bilib.

Hadisə ilə bağlı araşdırma aparılır.