Elman Nəsirovu “səngər”dən çıxaran “5-ci KOLON”: Ramiz Mehdiyevin yetirməsi Azərbaycan diasporunu niyə aşağılayır? – REAKSİYAbackend

Elman Nəsirovu “səngər”dən çıxaran “5-ci KOLON”: Ramiz Mehdiyevin yetirməsi Azərbaycan diasporunu niyə aşağılayır? – REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Elman Nəsirov son illərdə yenidən təşkilatlanaraq fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirən Azərbaycan diasporunu hədəfə alıb.

Azərbaycanın müstəqilliyinin bərpa edildiyi son 30 ildə dövlətin xüsusi diqqətlə yanaşddığı məsələlərdən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi və məskunlaşdıqları ölkədə yüksək səviyyədə təşkilatlanaraq həmin dövlətlərin ictimai-siyasi, mədəni-iqtisadi həyatında faktora çevrilmələri olub.

Təəssüflə qeyd olunmalıdır ki, bu sahəyə cavabdehlik daşıyan dövlət qurumları və yüksək məmurlar Azərbaycan diasporunun formalaşdırılmasına ciddi yanaşmayaraq, xaricdəki həmvətənlərimizin tarixi vətənləri ilə bağlarının möhkəmlənməsinə əsaslı töhfə verə bilmədilər.

Əlbətttə ki, bu çatışmazllıq Avropa və Amerikada ötən əsrin ilk onilliklərində formalaşdırılan, ciddi mövqe qazanan və təsir imkanları əldə edən erməni diasporu ilə mübarizədə hər hansı uğur qazanmağa imkan vermirdi. Nəticədə dünyanın bir sıra aparıcı ölkələri Azərbaycanın haqlı və ədalətli mövqeyini deyil, erməni yalanlarına etimad göstərirdilər.

Eyi zamanda, Azərbaycan diaspor təşkilatları və fəalları arasında ayrı-seçkiliyin salınması, xaricdəki soydaşlarımızın haqlı incikliyinə, əllərinin Vətən üçün görəcəkləri işlərdən soyumasına səbəb olurdu.

Bununla belə, 2018-ci ildə Diapsor Komitəsində baş verən rəhbər dəyişikliyindən sonra xaricdə yaşayan həmvətənlərimizlə əlaqələrin qurulması, onların yenidən təşkilatlandırılmaları və fəaliyyətlərinin gücləndirilməsi istiqamətində çox mühüm addımlar atıldı. Hər halda, bu sferada həllini gözləyən müəyyən məsələlərin olduğu inkar edilməməklə bərabər, həyata keçirilən fəaliyyətin obyektiv qiymətləndirilməsi yuxarıda vurğulanan müsbət məqamları qəbul eyməyə imkan verir.

Bu fikirlərin digər bariz təsdiqi isə 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharribəsinin gedişində Azərbaycan diasporunun ötən dövrlərlə müqayisə edilməyəcək fəaliyyətidir. Azərbaycan diasporunun Avropa ölkələri və ABŞ-da “məğlubedilməz” sayılan erməni lobbisinə necə dərs keçdiyini, öz aktivliyi ilə müxtəlif ölkələrin ictimai rəyində müsbət dəyişikliklərə necə nail olduğu əksəriyyət yaxşı xatırlayır.

Onu da qeyd etmək yerinə düşər ki, Dünya azərbaycanlılarının V Qurultayının bu il Şuşada keçirilməsi, yüzlərlə soydaşımızın o mühüm tədbirdə iştirak etməsi Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə yeni təkan oldu. Qurultayda iştirak etmiş soydaşlarımızın öz dillərindən bunu eşitmək çox mənunedicidir.

Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycan diasporunun son bir neçə ildə öz fəaliyyətində inanılmaz keyfiyyət dəyişikliyinə nail olması, deyəsən, ölkənin bəzi dairələrində narahatlıq və əsəb yaratmaqdadır. Belə olmasaydı, rəsmi statusa malik şəxslər səviyyəsində Azərbaycan diasporunun fəaliyyəti bu dərəcədə iqnor edilməz, onun varlığının və gördüyü işlərin üstündən asanlıqla xətt çəkilməzdi.

Bu günlərdə Benilüks Azərbaycanlıları Konqresi ilə “Dayaq” təşkilatı tərəfindən birgə təşkil olunan ölkə mediasının mövcud vəziyyətinə dair tədbirdə iştirak və çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov əsas mövzunu bir kənara qoyaraq, Azərbaycan disporunu birbaşa hədəfə alıb.

Deputat öz çıxışında diaspor təşkilatlarının fəaliyyətini heçə çıxararaq, onları az qala Azərbaycan dövlətinə hrç bir fayda verməməkdə, “erməni diasporuna münttəzəm məğlub olmaqda”, “öz maraqlarını güdməkdə” suçlayıb.

Aydın məsələdir ki, Nəsirov bu ittihamları səsləndirərkən Azərbaycan diasporunun ən azı son 2 ildəki fəaliyyətinin üstündən sükutla keçməyi də unutmayıb. Gözlənildiyi kimi, onun bu çıxışı narazılıqla qarşılanıb və hətta diasporun fəaliyyətini işıqlandıran bir sıra jurnalistlər deputata etiraz olaraq tədbiri yarımçıq tərk ediblər.

Çox maraqlıdır, Milli Məclisin həm də hakim partiyadan olan deputatının Azərbaycan diasporunu aşağılamasının arxasında nə dayanır? Suala cavab verməzdən əvvəl Nəsirovun hansı şəraitdə və necə “yüksəldiyini” xatırlayaq. Azərbaycanda hər kəsə məlumdur ki, 3 il əvvələ qədər Milli Məclisin tərkibinin müəyyənləşdirilməsindən tutmuş mühüm dövlət postlarına təyinata qədər məsələlərin həllində Prezident Admininstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hüdudsuz səaliyyətlərə malik olub.

Elman Rüstəmov kimi politoloqların deputat mandatı ilə mükafatlandırılmasında da həlledici sözü Mehdiyev deyərək, onun siyasi karyerasında sıçrayış etməsinə maksimum şərait yaradıb. Ancaq nəyin qarşılığında? Şübhə yoxdur ki, Nəsirov öz “ustad”ının bütün şərtlərini sorğu-sualsız qəbul etməsəydi, deputat mandatını ancaq xəyallarında canlandıra bilərdi.

Mehdiyev artıq bütün səlahiyyətlərindən rəsmən məhrum edilib. Lakin bu fakt onun öz təsir imkanlarını da itirməsi anlamına gəlməməlidir. Əgər Nəsirov kimi son dərəcə ehtuiyatlı bir adam Azərbaycan diasporunu hədəfə alırsa, deməli, başında Mehdiyevin dayandığı “5-ci kolon” hələ də ayaqdadır və istənilən vaxt dövlətin maraqlarına zərbə endirməyə hazırdır.

Fikrimizcə, Elman Nəsirovun hətta Prezident İlham Əliyevin fəaliyyətinə yüksək qiymət berdiyi Azərbaycan diasporunun üstünə ayaq açması “5-ci kolon”un faktik ayaqlanmasıdır. Ona görə də, dövlətin müvafiq strukturlarının bu məsələni nəzarətə götürərək, gərəkən tədbiri görəcəklərinə inanırıq.

Toğrul Allahverdili

DiasporPress.az