Fərid Ağayev bu gün doğulduğu Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidlə vidalaşmaq üçün 500 dək şəhər sakini Xiyabana toplaşıb. Dəfn mərasimində həmçinin Müdafiyə Nazirliyinin əməkdaşları, şəhidin döyüş yoldaşları da iştirak edib. Məktəblilər şəhidin məzarı üstünə qərənfillər düzüb. Dəfn mərasiminin sonunda havaya yaylım atəşi açılıb.
Fərid Ağayevin valideynləri övladlarının vətən yolunda şəhid olması ilə fəxr etdiklərini bildirib. Əmisi Yusif Ağayev Fəridin atasının da müharibə iştirakçısı olduğunu bildirdi: \”Mənim qardaşım da müharibədə iştirak edib və kontuziyalar alıb. Şəhidlik ona nəsib olmadı, oğluna nəsib oldu. Prezidentimiz nə vaxt qərar versə bu millət döyüşməyə hazırdır!\”
Qeyd edək ki, Ötən il dekabr ayının 31 də Fərid ağayevin 20 yaşı tamam olub. Azərbaycan respublikası Müdafiə Nazirliyi də şəhidin yaxınlarına və əzizlərinə dərin hüzünlə baş sağlığı veridiyini bildirib. ( anspress.com )
İnterpress.az