54 il əvvəl ölənlərin cəsədləri tapıldıbackend

54 il əvvəl ölənlərin cəsədləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Douglas DC-3” avia laynerini alpinistlər aşkar ediblər.

Ekspedisiya iştirakçıları bildiriblər ki, qalıqlar paytaxt Santyaqodan 360 kilometr cənubda, 3200 metr hündürlükdə aşkar olunub. Alpinistlərdən Leonardo Albirnos deyib ki, təyyarənin gövdəsinin əsas hissəsi bütöv haldadır. Hadisə yerində həlak olanların cəsədləri də aşkarlanıb. Qəzanın dəqiq yeri gizli saxlanılır.

Çilinin LAH aviaşirkətinin təyyarəsi 1961-ci il aprelin 3-də qəzaya uğrayıb. Qəza zamanı 24 nəfər, o cümlədən Çilinin “Qrin Kros” futbol klubunun 8 oyunçusu həlak olub.

İnterpress.az