Meşəli sakini: “Hücum zamanı anamı, atamı öldürdülər, bizim kəndin qatili Vaqif Xaçatryandır”backend

Meşəli sakini: “Hücum zamanı anamı, atamı öldürdülər, bizim kəndin qatili Vaqif Xaçatryandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər Meşəlini hər tərəfdən mühasirəyə alıb, səsucaldıcı ilə çağırış edirdilər. Bizi aldadıb çölə çıxarıb qırdılar”.

İnterpress.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Nadir Əkbərov deyib.

Onun sözlərinə görə, həmin hücumda Badara kəndindən olan şəxslər iştirak edib:

“Ermənilər səsucaldıcı ilə camaatı çölə çıxardıb qətllər törətdilər. Bizim kəndin qatili Vaqif Xaçatryandır. Şəxsi münasibətim olmasa da onu gözəl tanıyıram. Mən özüm də Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Mənim anamı, atamı Vaqif qətlə yetirdi. Vitali Balasanyanla əsir dəyişirdilər. Vaqif Xocalı soyqırımında da amansız qətllər törədib. Vaqif girovları işgəncə verib öldürürdü. Bizim kəndin sakinlərini uşaq, qoca, qadın demədən məhv etdilər”.