Hadisə ötən gecə qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayanlar – 1990-cı il təvəllüdlü Nizami Bəhram oğlu Əliyev və 1991-ci il təvəllüdlü Əliyev Bayram Qurban oğlunun yaşadıqları evdə meyitləri tapılıb. İlkin ehtimala əsasən hər iki şəxs dəm qazından boğularaq ölüb.
Polisdən bildirilib ki, adları çəkilən şəxslər əmiuşaqlarıdır və Bakıda fəhləliklə məşğul olurmuşlar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )
İnterpress.az