Marneulidə məktəblilər arasında bilik yarışı keçirildi – FOTObackend

Marneulidə məktəblilər arasında bilik yarışı keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təçkilatşılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100” adlı məktəblilər arasında bilik yarışı keçirildi.

İnterpress.az xəbər verir ki, yarışda Marneuli, Qardabani, Bolnisi. Dmanisidən olan 20 komanda və ümumilikdə simvolik olaraq 100 nəfər məktəbli iştirak etdi.

Yarış 2 mərhələdən ibarət idi. İlk mərhələdə 7-7-6 olmaqla komandalar arasında ilk mərhələnin yarışı keçirildi və hər yarış sonunda 2 ən çox bal toplayan komanda finala yüüksəldi. Final mərhələsində isə 6 komanda yarışdı və qaliblər müəyyən edildi.

Qalib komandalar bunlardır:

1. Böyük Muğanlı kənd məktəbi
2. Candar kənd məktəbi
3. Marneuli şəh. №3 məktəb

Yarışda iştirak edən hər bir iştirakçıya (100 nəfər) sertifikatlar, hədiyyə olaraq məktəbli çantası, şahmat, məktliye lazım ola biləcək dəftərxana ləvazimatları təqdim edildi. Qalib komandalara isə tutduqları yerdən asılı olaraq dəyərli hədiyyələr təqdim olundu.

Yarış boyu iştirakçılar aşağıdakı kateqoriyadan olan 100-dən çox suallı cavablandırdılar:

1. Heydər Əliyev
2. Tarix
3. Ədəbiyyat
4. Coğrafiya
5. İncəsənət
6. İdman