Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyi qeyd olunub – FOTObackend

Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyi qeyd olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

İnterpress.az xəbər verir ki, tədbirdə institutun əməkdaşlarının hüququn müxtəlif sahələrinə dair yeni çapdan çıxmış kitablarının təqdimatı ilə yanaşı, institutun 25 il ərzində həyata keçirdiyi fəaliyyətlər barədə də ətraflı məlumat verilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təqdimatında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan institutda bu müddət ərzində 228 elmi işin müdafiə olunduğunu, 700-dən çox tələbə və məzunun təcrübə keçdiyini, 1500-ə yaxın kitab, dərslik və məqalənin dərc edildiyini, 150-dən çox qanuna təklif və rəylər hazırlandığını, habelə yüzlərlə şəxsin insan hüquqları ilə bağlı təlimlərə cəlb olunduğunu qeyd edib. Yeni yaradılan “Ulu Öndər Heydər Əliyev adına Virtual Hüquq Kitabxanası”nda 60 mindən çox yüklənmə statistikasının olduğu vurğulanıb.

Tədbirdə Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Prezident Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, Milli Məclisin deputatı hüquq elmləri doktoru Nizami Səfərov çıxış edərək Azərbaycanda insan hüquqları sahəsində aparılan islahatlar və nailiyyətlər barədə məlumat veriblər.

“Azərbaycanda hüquq elminin mövcud problemləri, yeni prioritetləri və perspektivləri” mövzusunda aparılan müzakirədə müxtəlif ali təhsil ocaqlarının hüquqşünas alimləri və dövlət qurumlarının əməkdaşları hüquq elminin inkişafı ilə bağlı təkliflər səsləndirib, bu sahədə görüləcək işlərə dair fikir mübadiləsi aparıblar.