Bayram günlərində 5-i azyaşlı olmaqla 33 nəfər xilas edilib, 16 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 290 yanğına çıxış, 22 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.