Terror qruplaşmalarının Suriyanın və İraqın Türkiyə ilə sərhədi boyunca terror dəhlizi qurmaq cəhdinin qarşısı alınıb və dəhliz dağıdılıb.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O bildirib ki, terrorçular artıq son nəfəslərini verirlər: “Hərbçilərimiz fəaliyyətlərini uğurla davam etdirirlər. Bunun üçün texnoloji alətlərdən də istifadə olunur”.
Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri əməliyyat bölgəsində olmasa idi, terrorçuların hücumları daha intensiv olacaqdı.