Pakistanın Kəraçi şəhərində müxtəlif siyasi partiyaların üzvləri arasında baş verən qarşıdurmada bir uşaq ölüb, 2 nəfər yaralanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Geo News televiziyasının xəbərinə görə, dünən axşam saatlarında Pakistan Xalq Partiyası (PPP) və Birləşmiş Xalq Hərəkatı Partiyası (MQM-P) tərəfdarları arasında Karaçinin 11-J bölgəsində toqquşma baş verib.
PPP ilə MQM-P tərəfdarları arasında baş verən qarşıdurmada başından güllə yarası alan 12 yaşlı Əbdül Rəhman həyatını itirib, 2 nəfər yaralanıb.
Səlahiyyətlilər divarda asılmış siyasi partiyanın posterinin sökülməsindən sonra PPP və MQM-P tərəfdarları arasında mübahisənin başladığını və hadisənin daha da böyüdüyünü bildirib.
Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilər öncəsi siyasi partiyaların tərəfdarları arasında gərginlik artıb.
Yanvarın 29-da PPP ilə MQM-P tərəfdarları arasında münaqişə baş verib və 1 nəfər ölüb.