Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşına ölkəyə giriş qadağasını ləğv edib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) internet saytında verilən açıqlamada Qəddafinin həyat yoldaşı Safiye Firkaşla bağlı verilən qərarla bağlı məlumat verilib.
Firkaş haqqında tətbiq edilən səyahət qadağasının ləğvi ilə bağlı qərarın alındığı, mal varlıqlarının dondurulmasına dair tədbirin həyata keçirilməyə davam ediləcəyi bildirilib.
27 fevral 2011-ci ildə BMT TŞ yekdilliklə Qəddafinin ailəsindən və yaxın çevrəsindən olan 16 nəfərə səyahət qadağası qoyub. Şura 28 may 2022-ci ildə Qəddafinin həyat yoldaşı Safiye, qızı Ayşə və oğlu Məhəmmədə altı ay müddətində etibarlı səyahət icazəsi verildiyini açıqlayıb.
Qəddafi 1970-ci ildə Liviyanın Beyda şəhərində anadan olan tibb bacısı Safiye Firkaş ilə müalicə aldığı xəstəxanada tanış olub və elə həmin il onunla evlənib. Qəddafinin bu evlilikdən 6 oğlu və 1 qızı olub.