Gürcüstanda 2024-cü ildə ABŞ ilə birgə “Trojan Footprint” və “Noble Partner” çoxmillətli hərbi təlimləri keçiriləcək.
Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.
“Gürcüstanda 2024-cü ildə ABŞ-nin Avropa Komandanlığının xüsusi qərargahı yerləşəcək. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-nin xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcək”, – məlumatda qeyd edilib.
Bildirilib ki, ABŞ-nin maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstan Müdafiə Nazirliyi əsasən ölkənin müdafiə qüvvələrinin texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon ABŞ dollarından çox vəsait alacaq.