Gürcüstanın 2023-cü il üçün beynəlxalq səyahətçilərdən əldə etdiyi gəlir 4125,3 milyon ABŞ dolları təşkil edib.
Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.
Gürcüstanda turizm 2021-ci ilin yayında pandemiya səbəbiylə zəifləmədən sonra yenidən bərpa olunmağa başlayıb.
Milli Bankın məlumatına görə, 2022-ci illə müqayisədə turizm gəlirləri 17,3 faiz artıb.
Bundan əlavə, 2023-cü ilin gəlirləri 2019-cu ilin rekord səviyyələrindən 26,2 faiz yüksək olub.