İraq ölkədəki hücumlara görə ABŞ-a nota göndərəcəkbackend

İraq ölkədəki hücumlara görə ABŞ-a nota göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq bu ölkədəki hücumlarına görə ABŞ-a nota verəcəyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İraq Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-ın hücumları səbəbilə bu ölkənin Bağdaddakı səfirinin olmaması səbəbindən müvəqqəti işlər vəkilinin nazirliyə çağırılacağı və nota veriləcəyi bildirilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTOM) öz bazalarına edilən hücumlara cavab olaraq İraq və Suriyadakı İran İnqilabı Keşikçiləri Korpusuna aid hədəflərə hava zərbələri endirib.

CENTCOM-dan verilən yazılı açıqlamada, Suriya və İraqda İran İnqilab Keşikçiləri Ordusu Qüds Gücü və ona bağlı milis qruplarına aid ən azı 85 hədəfin hava hücumları ilə vurulduğu bildirilib.

Tower 22 adlanan ABŞ bazasına əvvəlki hücumda 3 Amerika əsgəri həlak olmuş, 40-dan çox əsgər yaralanmışdı.

İraq hökumətinin sözçüsü Bəsim Əvvadi hücumlardan sonra deyib ki, Amerika rəhbərliyi Qaim Akkaşat (Ənbar) bölgəsində təhlükəsizlik qüvvələrinə hücum edib. Bu düşmən hücumu mülki vətəndaşların da olduğu 16 nəfərin şəhid olmasına, 25 nəfərin yaralanmasına səbəb olub.

Hücumun bölgədəki yaşayış məntəqələrinə və ictimai əmlaka maddi ziyan vurduğunu bildirən Əvvadi, ABŞ-ın hücumla bağlı İraq hökumətini məlumatlandırması ilə bağlı iddiaların “əsassız” olduğunu bildirib.