MDB Baş katibi: “Azərbaycanda prezident seçkilərinə dəvət etimadın göstəricisidir”backend

MDB Baş katibi: “Azərbaycanda prezident seçkilərinə dəvət etimadın göstəricisidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda prezident seçkilərinə dəvət Müstəqil Dövlətlər Birliyinə (MDB) bir təşkilat kimi etimadın göstəricisidir.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, ötən həftə prezident seçkilərinə hazırlıqla bağlı aparılan müşahidələr göstərir ki, hər şey planlı, sakit, mütəşəkkil və ən əsası Azərbaycan qanunvericiliyinə uyğun gedir.

MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası yanvarın 17-dən ölkədə fəaliyyət göstərir. Missiya Azərbaycan Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi, eləcə də seçkilərin təşkilinə cavabdeh olan digər strukturlarla sıx əlaqədədir.

“Seçkilərə dəvətə görə çox minnətdarıq. Bu dəvət bizə olan etimaddan xəbər verir. Təbii ki, bu etimadı doğrultmaq istəyirik. Bundan başqa, etiraf etməliyəm ki, bu, böyük məsuliyyətdir, çünki bizdən seçkilərə obyektiv qiymət verilməsi gözlənilir. Bizim ümumi məqsədimiz var: seçkilər elə təşkil olunsun ki, seçicilər – Azərbaycan vətəndaşları öz iradələrini sərbəst ifadə etmək hüququna malik olsunlar”, – S.Lebedev vurğulayıb.