Fransada müəllimlər yenidən tətil edəcəkbackend

Fransada müəllimlər yenidən tətil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada müəllimlərin maaşlarının yaxşılaşdırılması və yeni təhsil tənzimləməsinin dəyişdirilməsi tələbi ilə yenidən tətil edəcəkləri açıqlanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Franceinfo xəbər saytının məlumatına görə, ölkənin aparıcı təhsil birlikləri tərəfindən edilən çağırışda müəllimlərin fevralın 6-da tətilə gedəcəkləri bildirilib.

Tətil çağırışında önə çıxan tələblər arasında iş şəraitinin yaxşılaşdırılması və maaş artımı olduğu halda, Fransanın baş naziri Qabriel Attalın açıqladığı yeni təhsil qaydaları ilə bağlı tələblər də həftə ərzində keçiriləcək mitinqlərdə dilə gətiriləcək.

Hökumətin təhsil siyasətinə reaksiya verən müəllimlər fevralın 1-də tətilə çıxıblar.

Bir çox şəhərlərdə ibtidai və orta məktəb müəllimlərinin tətildə iştirak nisbəti FSU-SNUipp təhsil birliyi tərəfindən paytaxt Paris üçün 65 faiz, Val-de-Marn, Drom, Ardeche və Pireney şəhərləri üçün isə 50 faiz olaraq qiymətləndirilib.

Fransa Təhsil Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə tətillərdə iştirak nisbəti 20,26 faiz təşkil edib.