Yapon alimlərinin araşdırması təlxək balıqlarının öz növlərinə qarşı aqressiv davrandığını ortaya çıxarıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Nemos öz növlərinə dözə bilməz. Təxminən 30 növü olan təlxək balığı Pomacentridae ailəsinin bir hissəsidir.
Okinava Elm və Texnologiya İnstitutunun alimlərinin araşdırmasında Latın adı amphiprion ocellaris olan təlxək balıq növü araşdırılıb. Bu balıq həm də 2003-cü ildə Nemonu tapmaq filmi ilə məşhurlaşıb.
Tədqiqatda, daha əvvəl digər təlxək növləri ilə qarşılaşmayan gənc təlxək balıqları su çəninə yerləşdirilib. Tanka yerləşdirilən akvariumda həm amphiprion ocellaris, həm də digər təlxək balıq növləri var idi.
Üç ağ şaquli zolaqlı təlxək balığının öz növünün balıqlarına qarşı daha aqressiv davrandığı müəyyən edilib.
Araşdırmanı aparan elm adamlarından Kina Hayaşi, amphiprion ocellaris-in digər təlxək balıqlarındakı zolaqları sayaraq eyni növ olub-olmadığını müəyyən edə bildiyini söylədi. Amphiprion ocellaris zolaqsız və ya tək zolaqlı təlxək balıqlarına qarşı eyni aqressivliyi nümayiş etdirmirdi.
“Bu təcrübə göstərdi ki, ağ şaquli zolaqların sayı eyni növlərin fərqləndirilməsində və hücum edib-etməməsinə qərar verməkdə mühüm rol oynayır”, – Hayaşi deyib.
Araşdırmanın nəticələri fevralın 1-də “Journal of Experimental Biology” elmi jurnalında dərc olunub.