Parislilər parkinq haqqını üç dəfə çox almaq üçün seçkiyə gedirlərbackend

Parislilər parkinq haqqını üç dəfə çox almaq üçün seçkiyə gedirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə yolsuzluq avtomobillərinin parkinq haqqı ilə bağlı referendum keçirilir. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Paris Bələdiyyəsi tərəfindən “həcmli və çirkləndirici” olaraq təyin olunan avtomobillər üçün parkinq haqqının üç dəfə çox olması planlaşdırılır. Paris sakinləri referenduma təqdim edilən düzəlişi təsdiqləsələr, çəkisi 1,6 ton olan avtomobillərin parkinq haqqı 3 dəfə artırılaraq saatda 18 avroya çatdırılacaq. Eyni tarif iki ton və daha çox olan elektrik avtomobillərinə də tətbiq ediləcək. Bununla belə, parkinq haqqı yalnız Parisdə yaşamayanlardan alınacaq.

Bu ay Le Parisien üçün Opionway tərəfindən aparılan sorğu, şəhər sakinlərinin 61 faizinin tənzimləməni dəstəklədiyini göstərib.

Paris meri Emmanuel Gregorie deyib ki, onlar daha ağırdır, daha təhlükəlidir və daha çox çirkləndirir. Yolsuzluq avtomobilləri ekoloji fəlakətdir.

SUV avtomobilləri son vaxtlar Fransada son dərəcə populyardır və xüsusilə çoxuşaqlı ailələr tərəfindən seçilir.

Velosiped şəhəri yaratmağa çalışır

2020-ci ildə vəzifəyə başlayan sosialist bələdiyyə sədri Anne Hidalqo daha əvvəl Parisi velosiped şəhəri etməyi hədəflədiklərini açıqlamışdı.

Hidalqonun dövründə şəhərdə 84 kilometr velosiped yolu tikildiyi halda, pandemiya tədbirlərinin sona çatmasından sonra velosipeddən istifadədə yüzdə 71 artım olduğu qeyd edilib.